Finss.az xəbər verir ki, Rusiya Federal Antiinhisar Xidməti (FAS) Omsk vilayəti üzrə “Reklam haqqında” qanunun pozulması ilə bağlı ilk inzibati işi açıb. Qərar, İnstaqram sosial şəbəkəsində (Rusiya Federasiyasında qadağan olunmuş platforma) yayımlanan video ilə əlaqədardır.
Məlumata görə, 3 sentyabr tarixində bir blogger tərəfindən paylaşılmış videoda kosmetik məhsulların “açılış prosesi” nümayiş etdirilib. Videoda brendlərin adları qeyd olunmasa da, qablaşdırma üzərindəki markalar açıq şəkildə görünürdü. İzləyicilərin şikayəti əsasında aparılan araşdırma nəticəsində, həmin paylaşımın gizli reklam tərkibli olduğu müəyyən edilib.
FAS nümayəndələri bildiriblər ki, bu hadisə Rusiya ərazisində İnstaqram üzərindən edilən reklam pozuntuları ilə bağlı ilk rəsmi iş kimi qeydə alınıb. Hazırda bloggerin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı araşdırma davam edir.
